...

Əli Kərimli: "İcazəsiz aksiyaların keçiriləcəyi istisna deyil"

Siyasət Materials 2 Dekabr 2005 17:23 (UTC +04:00)

"Bakı meriyası "Azadlıq" seçki blokunun dekabrın 10-da "Qələbə" meydanında planlaşdırdığı mitinqinin keçirilməsinə icazə verməsə, onda sanksiyalaşdırılmamış aksiyalar həyata keçirəcəyik". Trend xəbər verir ki, bu barədə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.

AXCP sədri onu da bildirib ki, dekabrın 10-da keçirəcəkləri aksiyada oturaq üsuldan istifadə edilməyəcək: "İnsanlar hər həftə qəhrəmanlıq göstərməməlidir. Bu, müəyyən edilmiş vaxtda baş verir. Belə qərara gəlmişik ki, oturaq mitinqlərə ara verək. Ancaq lazımi vəziyyətlərdə bu üsuldan istifadə olunacaq".

Ə.Kərimli onu da bildirib ki, Bakı meriyasının "Azadlıq" blokuna dekabrın 3-də "Qələbə" meydanında deyil, "Motodrom"da mitinq keçirməklə bağlı verdiyi icazə ilə razılaşmayıblar: "Biz heç vaxt meriyanın təklif etdiyi bu ünvana getməyəcəyik".

Xəbər lenti

Xəbər lenti