...

Müxalifətçi deputatlar Milli Məclisdə fraksiyanın yaradılması ilə bağlı razılığa gəliblər

Siyasət Materials 6 Dekabr 2005 15:01 (UTC +04:00)

"Yeni tərkibli parlamentdə müxalifətin bir fraksiyada birləşməsi ilə bağlı aramızda ilkin razılıq əldə etmişik". Bu məlumatı Trend ə Milli Məclisin deputatı, müxalifətdə təmsil olunan Ümid Partiyasının sədri İqbal Ağazadə verib.

O, bildirib ki, artıq müxalifətçi deputatlardan Sabir Rüstəmxanlı, Əli Məsimli ilə bu məsələ barəsində müzakirələr aparıb. İ.Ağazadənin sözlərinə görə, parlamentdəki müxalifətçi deputatların fraksiyada birləşməyin tərəfdarıdırlar və buna razılıqlarını veriblər.

İqbal Ağazadə qeyd edib ki, Milli Məclisdə fransiyanın təkribinin dəyişdirilməsi, yəni üzvlərinin sayının azaldılması ilə bağlı parlamentin iclasında məsələ qaldıracaq. Millət vəkili hesab edir ki, bu say 25-dən ən azı 12-ə endirilməlidir. "Milli Məclisin iclaslarında elə ilk fürsətdə bu məsələni qaldıracam, fraksiyanın 12 nəfərdən ibarət formalaşdırılması təklifini irəli sürəcəm. Parlamentdə müxalifətin yaradacağı fraksiyada özümdən başqa Sabir Rüstəmxanlını, Fazil Qəzənfəroğlunu, Əli Məsimlini, Vahid Əhmədovu, həmçinin "Azadlıq" blokunun deputatlarını görürəm. "Azadlıq" blokunun nümayəndələri də Milli Məclisin iclaslarına qatıldıqdan sonra fraksiya məsələsi daha tez həllini tapacaq"-deyə İ.Ağazadə bildirib.

Xəbər lenti

Xəbər lenti