...

Ayaz Mütəllibov təkrar parlament seçkilərində iştirak etməyəcək

Siyasət Materials 8 Dekabr 2005 15:02 (UTC +04:00)

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri, eks-prezident Ayaz Mütəllibov təkrar parlament seçkilərdə iştirak etməyəcək. Bu barədə "Trned" ə ASDP-nin həmsədri Araz Əlizadə məlumat verib.

O, bildirib ki, ASDP-nin 10 dairə üzrə keçiriləcək təkrar seçkilərdə iştirak edib-etməyəcəyinə dair qərarı partiyanın Mərkəzi Komitəsi çıxaracaq. Partiya üzvləri, həmçinin də Araz Əlizadə bu qərara uyğun addım atacaqlar. Lakin ASDP-nin Mərkəzi Komitəsinin qərarı təkcə Ayaz Mütəllibovun fikrini dəyişdirməyəcək. Belə ki, eks-prezident təkrar parlament seçkilərində namizədliyini verməmək qərarına gəlib:

"Ayaz Mütəllibov bildirib ki, Azərbaycanda olsaydım və seçkidə özüm əyani şəkildə iştirak etsəydim hər şey başca cür olardı. Lakin o, əsasən Azərbaycana gələ bilmədiyinə və seçkilərin saxta keçirildiyinə görə təkrar seçkidə iştirakdan imtina etmək qərarına gəlib"-deyə Araz Əlizadə qeyd edib.

Xəbər lenti

Xəbər lenti