...

Ziya Məmmədov: Azərbaycan İran ərazisindən Naxçıvana təxminən 10 avtobus keçirmək niyyətindədir

Siyasət Materials 12 Dekabr 2005 17:50 (UTC +04:00)
Ziya Məmmədov: Azərbaycan İran ərazisindən Naxçıvana təxminən 10 avtobus keçirmək  niyyətindədir

"Sərnişin avtobuslarımızın İran ərazisindən keçərək Naxçıvana getməsi üçün hazırda Azərbaycanın Xarici İşlər Nazirliyi İranla danışıqlar aparır". Trend məlumat verir ki, bu sözləri jurnalistlərlə söhbətində Azərbaycan Respublikasının nəqliyyat naziri Ziya Məmmədov söyləyib.

"Razılıq əldə olunduqdan sonra ilk olaraq 10 avtobus İran ərazisindən keçərək Naxçıvana gedəcək. Sürücülərin tibbi müayinəsinə, avtobusların texniki baxışına diqqət yetiriləcək" - deyə nəqliyyat naziri bildirib.

Z.Məmmədov dəmir yolu ətrafında fəaliyyət göstərən obyektlərin söküləcəyinə də münasibət bildirib. Z.Məmmədov: "Onların arasında qanunsuz fəaliyyət göstərən obyektlər də var. Həm qanuni, həm də qanunsuz fəaliyyət göstərən obyeklətin sahibləri kompensasiya tələb edir. Bizsə yalnız qanuni fəaliyyət göstərən obyektlərin sahiblərinə kompensasiya ödəmək barədə qərar qəbul etmişik".

Nəqliyyat naziri həmçinin yollarda yaranan tıxaclarla əlaqədar bir sıra tədbirlər planı hazırlandığını da vurğulayıb. O bildirib ki, Bakı şəhər İcra Hakimyyəti və Nəqliyyat Nazirliyi tərəfindən tıxacların aradan qaldırılması istiqamətində tərtib olunmuş birgə tədbirlər planı sırasında tıxac yaranan şoselərdə körpülərin tikilməsi də var.

Xəbər lenti

Xəbər lenti