...

Eldar Namazov Moskvada səfərdədir

Siyasət Materials 13 Dekabr 2005 12:18 (UTC +04:00)

"Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Azərbaycandan kənardadır. Bu barədə Trend ə E.Namazovun özü bildirib.

Ancaq harada olması və səfərinin nə məqsəd daşıdığı barədə bilgi verməyən E.Namazov yalnız onu bildirib ki, Azərbaycana qayıtdıqdan sonra bu barədə məlumat verəcək. Onun sözlərinə görə, o, hansısa tədbirdə iştirak edir və vətənə dekabrın 15-16-sı arasında dönəcək.

Adıçəkilən blokun mətbuat xidmətinin rəhbəri Elza Alışova isə bildirib ki, E.Namazov dekabrın 8-də Moskvaya gedib: "Hansısa tədbirdə iştirak edir. Tədbirin nə xarakter daşıdığı barədə bizdə də məlumat yoxdur. Yaxşı olardı ki, gələndən sonra özündən bu barədə soruşasınız", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti