...

Əlişir Hacıyev: "AMİP-də sədr böhranı yaranıb"

Siyasət Materials 14 Dekabr 2005 15:40 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyasında (AMİP) sədr böhranı yaranıb". Trend xəbər verir ki, bu barədə partiyanın Mərkəzi İntizam Komissiyasının sədri Əlişir Hacıyev bildirib.

Ə.Hacıyev qeyd edib ki, Siyasi Şuranın üzvləri tərəfindən adıçəkilən komissiyaya partiyanın sədri Əli Əliyevin nizamnaməyə uyğun addımlar atmaması ilə bağlı müraciət daxil olub: "Bir ay müddətində biz bu məsələləri araşdırıb qərar verəcəyik". Komissiya sədri onu da bildirib ki, 2006-cı ilin mart ayında partiyanın qurultayı keçiriləcək.

"Ola bilsin ki, partiyanın yeni sədrinin seçilməsi məsələsi müzakirəyə çıxarılsın. Çünki Əli Əliyev sədr seçiləndən sonra üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib. Bununla bağlı o, partiyanın rəhbər strukturları qarşısında hesabat verməlidir".

Xəbər lenti

Xəbər lenti