...

İran spikerinin məktubu Azərbaycan parlamentinin sədrinə təqdim edilib

Siyasət Materials 15 Dekabr 2005 18:16 (UTC +04:00)

"İranın Azərbaycandakı səfiri Əfşar Süleymani dekabrın 15-də İran parlamentinin sədri Qulaməli Həddad Adilin təbrik məktubunu Azərbaycan parlamentinin spikeri Oqtay Əsədova təqdim edib". Trend xəbər verir ki, səfiri qəbul edən spiker İranla Azərbaycan arasındakı mehriban qonşuluq əlaqələrindən bəhs ediblər.

Səfir qeyd edib ki, noyabrın 6-da Milli Məclisə keçirilən seçkilər iranlı müşahidəçilər tərəfindən də izlənib və onlar bu seçkilərin tam demokratik, şəffaf keçdiyini bildiriblər.

İki dövlət arasındakı əlaqələrin inkişafında qarşılıqdı səfərlərin təşkilinin vacibliyini vurğulayan Ə.Süleymani Milli Məclisdə İran parlamenti ilə dostluq qrupunun yaradılmasını rəzalıqla qarşılayıb. Səfir prezident İlham Əliyevin İrana son səfərini məmnunluqla xatırladaraq bu səfər zamanı əldə edilən razılaşmaların nəticəsi olaraq, gələn həftədən İrandan Naxçıvana qazın verilməsinə başlanacağını deyib.

Xəbər lenti

Xəbər lenti