...

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin 18 dekabr aksiyasının "Qələbə" meydanında deyil, "Motodrom"da keçirilməsinə izacə verib

Siyasət Materials 16 Dekabr 2005 16:33 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin dekabrın 18-nə təyin etdiyi yürüş-mitinqinin "Qələbə" meydanında keçirilməsinə izacə verməyib. Bu barədə Trend ə Bakı Şəhər İcra Hakimiyyəti Aparatından məlumat verilib.

Müxalifətə cavab məktubunda bildirilib ki, Bakı Şəhər Prokurorluğunun məlumatına görə, 26 noyabrda keçmiş Dövlət Film Fondunun qarşısında (Qələbə meydanı) keçirilmiş aksiya zamanı mitinq iştirakçıları tərəfindən qanunsuz hərəkətlərə yol verilib, zorakılığa və kütləvi itaətsizliyə çağırışlar səsləndirilib. Aksiyanın təşkilatçıları öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyiblər və nəticədə daxili işlər orqanlarının əməkdaşlarına xəsarətlər yetirilib.

Bakı Şəhər İcra Hakimiyyəti 26 noyabr mitinqində baş vermiş qanun pozuntularını nəzərə alaraq dekabrın 18-nə planlaşdırılan aksiyanın saat 15.00-dan 17.00-dək Biləcəri qəsəbəsində yerləşən Könüllü Hərbi Vətənpərvərlik və Texniki İdman Cəmiyyətinin stadionunda (Motodrom) mitinq formasında keçirilməsini təklif edib.

Xəbər lenti

Xəbər lenti