...

Müsavat Partiyası əlavə seçkilərdə iştirak etməklə bağlı qərar verməkdə tələsmir

Siyasət Materials 20 Dekabr 2005 14:51 (UTC +04:00)

"Müsavat Partiyası əlavə seçkilərdə iştirak etmək və parlamentin fəaliyyətinə qoşulmaqla bağlı yanvarın sonları fevralın əvvəllərində qərar verəcək". Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Arif Hacılı bildirib.

A.Hacılı qeyd edib ki, Müsavat Partiyası Məclisinin dekabrın 17-də keçirilən toplantısında qərara alınıb ki, yanvarın sonları fevralın əvvəllərində yenidən toplantı keçirilsin: "Bu toplantıda əlavə seçkilərə qatılmaq və müsavatçı millət vəkillərinin parlamentin işində iştirak etməklə bağlı yekun qərar veriləcək".

A.Hacılı onu da vurğulayıb ki, ATƏT və AŞPA-nın Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı yekun qərarı olmadığından Müsavat da bu məsələdə tələsmək istəmir.

Xəbər lenti

Xəbər lenti