...

Bakı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində 23 nəfər həlak olub

Siyasət Materials 24 Dekabr 2005 11:02 (UTC +04:00)
Bakı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində 23 nəfər həlak olub

Bakı yaxınlığında (Nardarana kəndi) AH-100-140 təyyarəsinin qəzaya uğraması nəticəsində 18 nəfər sərnişin və 5 ekipaj üzvü həlak olub. Trend in xəbər verdiyi kimi, AZAL DK-ya məxsus Bakı-Aktau marşrutu üzrə hərəkət edən təyyarə saat 22:19-da Heydər Əliyev adına beynəlxalq hava limanını tərk edib. Bir neçə dəqiqədən sonra təyyarə ilə rabitə kəsilib və o, radarın ekranından itib. Uçuşdan 8 dəqiqə sonra hava limanının operatoruna təyyarənin qəzaya uğraması haqqında siqnal daxil olub. Pilotlar yaşayış məntəqəsinin üzərinə düşən təyyarəni dənizə doğru istiqamətləndiriblər. Bir neçə dəqiqədən sonra qəza yerinə ölkənin baş prokuroru Zakir Qaralov, baş nazirin müavini Abid Şərifov, DİN və MTN əməkdaşları gəlib. Hadisəni araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

AN-140-100 markalı təyyarə AZAL DK və Xarkov dövlət aviasiya müəssisəsi arasında 8 iyul 2004-cü il tarixində imzalanmış müqavilə üzrə əldə edilib. Müqavilədə, həmçinin, texniki heyətin təlimi və təyyarələrə texniki xidmət nəzərdə tutulub. Müqavilənin dəyəri $36,4 milyondur (4 təyyarənin hər biri - $9,1 mln).

Təyyarənin maksimal uçuş kütləsi 21,5 ton, daşınan yükün həcmi - 6 ton, yanacağın maksimal kütləsi - 4,44 ton, kreyser sürəti - saatda 450 km-dir. Bu sürət saatda 537 km-ə qədər artırıla bilər. Təyyarə təxminən 52 nəfər sərnişin üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti