...

Səməd Seyidov: "Təkrar seçkilər Azərbaycanın beynəlxalq imicini artıracaq"

Siyasət Materials 7 Fevral 2006 18:14 (UTC +04:00)

"May ayında keçiriləcək təkrar seçkilərin Azərbaycanın beynəlxalq aləmdə mövqeyinə, imicinə müsbət təsiri olacaq". Trend xəbər verir ki, bu barədə Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

S.Seyidov onu da bildirib ki, Azərbaycan parlamenti AŞPA ilə müzakirələrədək konstruktiv əməkdaşlıq qurub. Bu əməkdaşlığın əsası ondan ibarət idi ki, parlamentimiz AŞ PA-nın prezidenti Rene Van der Lindenin ünvanımıza göndərdiyi məktuba dərhal cavab verib: "Məktubda bizdən xahiş olunmuşdur ki, mayda keçiriləcək seçkilərin nəticəsi həm parlamentin formalaşmasında, həm parlament tərəfindən AŞPA-ya göndəriləcək nümayəndələrin tərkibində nəzərə alınsın. Ona görə də biz AŞPA-nın iclasına 12 nəfərlə yox, 10 nəfərlə getdik. Bu da ondan ibarət idi ki, biz may seçkilərinin nəticələrini gözləyirik".

Azərbaycanın apardığı siyasətin Avropada və dünyada qəbul edildiyini bildirən S.Seyidov AŞPA-ya göndərilən cavabın razılıqla qarşılandığını bildirib: "Buna görə bizə heç bir irad tutulmadı. Ancaq ümumi şəkildə ikili standartlar gündəmə gəlsə də, buna layiqli cavab verdik". S.Seyidov AŞPA-da Azərbaycan nümayəndə heyətinin tərkibində müxalifət nümayəndələrinin olmaması ilə bağlı deyilənlərə də münasibətini bildirib: "Tərkibimizdə müxalifətin nümayəndələri də var. Təkrar seçkilərdən sonra bu say artacaq".

Xəbər lenti

Xəbər lenti