...

"Bizim Azərbaycan" blokuna daxil olan 4 partiya sədrinin namizəd verəcəyi seçki dairələri müəyyənləşdirilib

Siyasət Materials 15 Fevral 2006 14:30 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edəcək namizədlərinin ilkin siyahısını müəyyənləşdirib. Trend xəbər verir ki, ilkin tərtib olunan siyahıda adıçəkilən bloka daxil olan 4 partiya sədrinin namizəd verəcəyi seçki dairələri müəyyənləşdirilib.

"Bizim Azərbaycan" blokuna daxil olan Türk Millətçi Partiyasının sədri Vüqar Bəyturan 31 saylı Suraxanı üçüncü seçki dairəsindən, Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov 119 saylı Ağdam kənd seçki dairəsindən, İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı 44 saylı Abşeron seçki dairəsindən, Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev isə 9 saylı Binəqədi seçki dairəsindən namizədliklərini irəli sürmək barədə qərar qəbul edib.

Bloka daxil olan digər partiya rəhbərlərinin təkrar seçkilərdə hansı seçki dairələrində təmsil olunacaqları növbəti toplantılarda müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti