Milli Dirçəliş Hərəkatının (MDH) qərargahında Bütöv Azərbaycan Hərəkatının (BAH) yaradılması ilə bağlı martın 3-də qərar qəbul edilib. Bu barədə Trend ə MDH lideri Fərəc Quliyev bildirib.
F.Quliyev qeyd edib ki, bu məsələ ilə bağlı qərar Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli, sabiq təhsil naziri Firudin Cəlilov, Bütöv Azərbaycan Yolu təşkilatının rəhbəri Ülvi Həkim və millət vəkili Aqil Səmədbəylinin iştirakı ilə keçirilən toplantıda qəbul olunub: "Məqsədimiz Güney Azərbaycanda vahid təşkilatlanmanı həyata keçirməkdir".
F.Quliyev onu da bildirib ki, BAH-ın yaradılması ilə bağlı əvvəlcə Şura formalaşdırılacaq. Şurada Azərbaycanın tananmış alimləri, Güney Azərbaycanla bağlı tədqiqat aparan ziyalılar təmsil olunacaq: "Şura BAH-ın təşkilatlanması üçün müvafiq işlər aparacaq". F.Quliyev onu da vurğulayıb ki, Azərbaycanda Güney Azərbaycanla bağlı yaradılan bütün təşkilatlar və birliklərin Bütöv Azərbaycan Hərəkatında təmsil olunacağı nəzərdə tutulub.