...

Sabir Rüstəmxanlı tarixi abidələrin sökülüb yerində hündürmərtəbəli binaların tikintisinə etiraz edib

Siyasət Materials 7 Mart 2006 17:23 (UTC +04:00)

"Bakının tarixi abidə sayılan binalarının dəhşətli şəkildə sökülməsi prosesinin qarşısı alınmalıdır". Trend xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib.

S.Rüstəmxanlı bildirib ki, Bakının mərkəzində olan 20-30 bina 20-ci əsrin əvvələrindəki böyük memarlıq ənənəsinin göstəricisidir. Bunların hər birinin tarixi abidə olduğunu deyən S.Rüstəmxanlı bu abidələrin sökülüb yerində 15-20 mərtəbəli binaların tikilməsinin tariximizə təhlükə doğuracağından danışıb. Millət vəkili Almaniya səfirliyi və Fəvvarələr meydanı ətrafında yaranmış belə acınacaqlı vəziyyəti xatırladıb.

S.Rüstəmxanlı İçərişəhərdə qədim abidə sayılan tikililərin alınıb yerində hündürmərtəbəli binaların ucaldıldığını xüsusilə vurğulayıb: "Alınan yerlərin üstü tez betonlandığından bu yerlərdə arxeoloji araşdırmalara belə imkan verilmir". Millət vəkili Bakının köhnə binalarının sökülməsinə parlament səviyyəsində münasibət bildirilməyin zəruriliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti