...

Arif Məmmədov: Azərbaycanla Avropa İttifaqı arasında məsləhətləşmələrin üçüncü mərhələsi keçiriləcək

Siyasət Materials 9 Mart 2006 13:55 (UTC +04:00)

Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında Avropa Birliyi Təşəbbüslərinin Fəaliyyət planı üzrə müzakirələrin üçüncü mərhələsi keçirilə bilər. Bu barədə Trend ə Azərbaycanın Belçikadakı səfiri Arif Məmmədov Fəaliyyət planının martın 7-də keçirilən müzakirələrini şərh edərkən eksklyuziv məlumat verib.

Onun sözlərinə görə, AB Təşəbbüslərinin Fəaliyyət planı üzrə AB ilə Azərbaycan arasında bir sıra mübahisəli siyasi və iqtisadi məsələlər mövcuddur ki, onlar AB-nə üzv olan digər ölkələrlə müzakirə olunmalıdır. Belə mübahisəli məsələlər həm həm Azərbaycanla, həm də Cənubi Qafqazın digər ölkələri ilə mövcuddur və qərar qəbul etmək hüququ təşkilata üzv olan dövlətlərdədir.

Eləcə də, Azərbaycan tərəfini bir sıra formullar qane etmir və A.Məmmədovun sözlərinə görə, "biz bu məsələlərdə mövqelərimizin daha dəqiq nümayiş etdirilməsini istərdik".

Diplomat eləcə də, hələlik məsləhətləşmələrin üçüncü mərhələsinin tarixinini müəyyən olunmadığını qeyd edib. İndi həm Azərbaycan tərəfi, həm də Avropa Komissiyası qarşısında danışıqların bu mərhələsinin gedişində vahid fikir əldə etməyə nail olmaq durur. Onun sözlərinə görə, bütün bu məsələlər Avropa Birliyi "üçlüyü"nün aprelin 19-22-də Bakıda keçiriləcək qarşıdakı gedişinin diqqət mərkəzində olacaq.

Xatırladaq ki, məsləhətləşmələrdə Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev başçılıq edir.

Məsləhətləşmələrə rəsmi start 2005-ci il dekabrın 12-də Bakıda verilib.

Xəbər lenti

Xəbər lenti