...

ATƏT-in Azərbaycanda "melanj" tipli yanacaq anbarlarının müasirləşməsi üzrə layihəsinin maliyyələşdirilməsi məsələsi yaxın vaxtlarda həll olunacaq

Siyasət Materials 10 Mart 2006 13:09 (UTC +04:00)

Bu ilin ikinci yarısında Azərbaycanda iki köhnə "melanj" tipli raket yanacağı anbarlarının müasirləşməsinin dəstəklənməsi üzrə layihəsinin maliyyələşdirilməsi məsələsi həll olunacaq. Bu barədə Trend ə ATƏT-in Bakı ofisinin mətbuat katibi Ülvi Axundlu məlumat verib.

Ü.Axundlu xatırladıb ki, 2005-ci il oktyabrın 24-28-də bu anbarların müasirləşdirilməsi üzrə texniki və maliyyə yardımının göstərilməsi ilə bağlı ATƏT-in ekspertlərindən ibarət qrup Bakıya gəlib. Nəticədə gələcəkdə yenidən qurulmaq məqsədilə anbarların daşınmasının mümkün yolları və layihənin zəruri texniki və maliyyə parametrlərinin aşkar edilib.

"İlin ikinci yarısında layihə çərçivəsində konkret işlərə başlanması planlaşdırılıb", -deyə Ü.Axundlu bildirib. ""Melanj" fövqəladə qeyri-sabit və zəhərli yanacaq elementidir və o, ətraf mühit üçün potensial təhlükə yaradır",- deyə o bildirib və layihə işlərinin təşkilatın katibliyi ilə ATƏT-in Bakıdakı nümayəndəliyi ilə sıx əməkdaşlığı şəraitində reallaşdırıldığını qeyd edib.

Həmçinin, bildirilir ki, NATO da yaxın gələcəkdə Azərbaycandakı hər iki anbarın tezliklə tam ləğv olunmasını təklif edən ayrıca layihə hazırlayır.

Xəbər lenti

Xəbər lenti