...

Arif Hacılı: "Müsavat Partiyası MSK-ya öz nümayəndəsini göndərməyəcək"

Siyasət Materials 8 Aprel 2006 11:41 (UTC +04:00)

Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasına (MSK) öz nümayəndəsini göndərməyəcək. Bu barədə Trend ə adıçəkilən partiya sədrinin müavini Arif Hacılı bildirib.

A.Hacılı bunu Müsavatın MSK-nın paritet əsaslarla formalaşdırılması təklifinin qəbul edilməməsi ilə əlaqələndirib: "Təklifimiz odur ki, MSK parlamentdə təmsil olan qüvvələr arasında bərabər səviyyədə formalaşsın. İqtidarın siyasətini dəstəkləyən partiyaları parlamentdə təmsil olan az saylı partiyaların sırasına aid etməsinlər".

Müsavat rəsmisi onu da qeyd edib ki, parlamentin işində iştirak etmələri o demək deyil ki, MSK-ya nümayəndələrini göndərəcəklər. MSK-ya öz nümayəndələrini göndərməməklə bağlı qəbul edilən qərarı dəyişməyəcəklərini deyən A.Hacılı bu barədə düşünməyin yersiz olduğunu önə çəkib.

Xəbər lenti

Xəbər lenti