Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycanın Müdafiə Nazirliyi ilə birgə Milli Ordunun zabitləri üçün kurslar keçirir. BQXK-dan Trend ə verilən məlumata görə, kurslar hərbi münaqişə qurbanlarının müdafiəsi, müharibələrin aparılma qaydalarının məhdudlaşdırılması və digər mövzuları əhatə edir.
BQXK-nin Silahlı Qüvvələrlə iş üzrə regional nümayəndəsi Uilyam Bau 15 nəfər zabitin iştirak etdiyi kursların açılışında iştirak edib. Bu, BQXK-nın 2005-ci il martın əvvəllərindən başlayaraq keçirdiyi sayca 3-cü kurslardır.
"Kurslar Azərbaycanın Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma əsasında keçirilir", - deyə BQXK-dan bildirilib.