...

Asim Mollazadə Dünya Demokratik Hərəkatının IV Assambleyasında iştirak edib

Siyasət Materials 12 Aprel 2006 15:03 (UTC +04:00)

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə aprelin 2-5-də Türkiyənin İstambul şəhərində keçirilən Dünya Demokratik Hərəkatının IV Assambleyasında iştirak edib. Trend in məlumatına görə, həmin Assambleyaya dünyanın bir çox ölkələrindən demokratik hərəkatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, parlament nümayəndələri qatılıblar. IV Assambleyanın açılış mərasimində isə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan da iştirak edib, toplantı iştirakçıları müraciət edib, Türkiyədə gedən demokratik proseslərdən danışıb.

Assambleyanın nəzdində fəaliyyət göstərən Dünya Demokratik Parlamentarlar Hərəkatının da toplantısı keçirilib. Burada iştirak edən bir sıra dövlətlərin parlament nümayəndələrinin birgə əməkdaşlığı, təşkilatın fəaliyyətinin gücləndirilməsi və kütləvi bir quruma çevrilməsi barədə müvafiq razılaşma əldə olunub. həm də bu təşkilatın tərkibində müvafiq bir şəbəkə yaradaraq həm ölkə parlamentlərində, həm də beynəlxalq təşkilatlarda fəaliyyətlərinin əlaqələndirilməsi nəzərdə tutulub.

IV Assambleya müvafiq fəaliyyətlərə görə mükafatların verilməsi ilə yekunlaşıb. Bu mükafatlardan biri də Krım tatarlarının Məclisinə, Krım tatarlarının Milli Hərəkatının və Ukrayna parlamentinin üzvü Mustafa
Cəmilova təqdim olunub.

Asim Mollazadə Mustafa Cəmilovla görüşərək onu təbrik edib. A.Mollazadə Krım tatarlarının öz torpaqlarına qayıtmasında, Ukraynanın inkişafında böyük rolu olmuş M.Cəmilovun və Krım tatarlarının Milli Məclisinin xidmətlərini xüsusi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti