...

AŞPA montiorinq missiyasının Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 25 Aprel 2006 12:18 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının 13 may 2006-cı ildə Milli Məclisə keçiriləcək təkrar seçkilər üzrə monitorinq missiyasının Azərbaycana səfər proqramı açıqlanıb. Avropa Şurasının Bakıdakı İnformasiya ofisindən Trend ə verilən məlumata görə, hollandiyalı parlamentari Leo Platvoyedin rəhbərlik etdiyi 5 nəfərdən ibarət missiya Bakıya aprelin 26-da axşam gələcək.

Səfərin rəsmi proqramı aprelin 27-də AŞPA-dakı Azərbaycan parlament nümayəndə heyətinin üzvləri ilə görüşlə başlayacaq. Daha sonra ATƏT-in Bakı ofisində təşkilatın İnsan Haqları və Demokratik Təsisatlar Bürosunun müşahidəçiləri ilə görüş keçiriləcək.

Bundan sonra MSK sədri Məzahir Pənahov, baş prokuror Zakir Qaralov, Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova ilə görüşlər keçiriləcək.

Aprelin 27-də axşam missiya üzvlərinin AŞ-yə üzv dövlətlərin diplomatik missiyalarının rəhbərləri ilə görüşü nəzərdə tutulub.

Aprelin 28-də siyasi partiyaların, xüsusilə "Azadlıq" bloku, YeS və Milli Birlik Hərəkatının liderləri, azad və ədalətli seçkilər üzrə Əlaqələndirici Məsləhətçi Şuranın nümayəndələri ilə görüşlər planlaşdırılıb. Həmçinin, KİV orqanlarının rəhbərləri ilə də görüş nəzərdə tutulub. Nahardan sonra daxili işlər naziri Ramil Usubov və XİN başçısının müavini Mahmud Məmmədquyliyevlə görüşlər keçiriləcək.

Səfər yerli vaxtla saat 17:00-da AŞ-nin Bakıdakı informasiya ofisində mətbut konfransının keçirilməsi ilə başa çatacaq.

Xəbər lenti

Xəbər lenti