...

AŞPA həmməruzəçiləri "Azadlıq" və "Yeni Siyasət" blokunun həmtəsisçiləri ilə görüşüb

Siyasət Materials 26 May 2006 19:56 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Andreas Qross və Andres Herkel mayın 26-da "Azadlıq" və "Yeni Siyasət" blokunun həmtəsisçiləri ilə görüşüb. Trend in məlumatına görə, görüşdə "Azadlıq" blokundan Əli Kərimli, Sərdar Cəlaloğlu, Əvəz Temirxan, "Yeni Siyasət" blokundan isə Eldar Namazov iştirak ediblər.

Əli Kərimli jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, görüşdə təkrar parlament seçkiləri, AŞPA yanvar sessiyasında Azərbaycanla bağlı qəbul olunmuş qətnamədən irəli gələn tələblər, ölkədə siyasi azadlıqların, mətbuatın durumu, seçki sisteminin təkmilləşdirilməsi barədə geniş müzakirələr aparılıb.

Əli Kərimlinin sözlərinə görə, "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyevin döyülməsi faktı da Avropa Şurası nümayəndələrinin diqqət mərkəzindədir və onlar baş redaktora baş çəkmək niyyətindədirlər.

Xəbər lenti

Xəbər lenti