...

Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun Latviyaya səfəri gözlənilir

Siyasət Materials 27 May 2006 12:05 (UTC +04:00)

Azərbaycan-Latviya parlamentlərarası dostluq qrupunun Latviyaya səfəri gözlənilir. Bu barədə Trend ə adıçəkilən qrupun rəhbəri, millət vəkili Gültəkin Hacıyeva bildirib.

Onu da bildirək ki, dostluq qrupunun Latviyaya səfəri əvvəlcə aprel, daha sonra may ayına planlaşdırılmışdı. Müəyyən səbəblər üzündən səfər təxirə salınıb.

G.Hacıyeva qeyd edib ki, ötən il onların dəvəti ilə Latviya-Azərbaycan dostluq qrupu Azərbaycana səfər edib. Latviyalı millət vəkillərini Azərbaycanın dövlət başçısı qəbul edib, parlament rəhbərliyi, Xarici İşlər Nazirliyində görüşlər keçiriblər: "Sonradan qrupun rəhbəri Oleq Denisov bizə məktub göndərərək Latviyaya dəvət edib. Lakin həmin vaxt parlament seçkilərinə hazırlıq prosesi səfərimizi təxirə saldı. Qərara almışdıq ki, səfərimizi mart-aprel aylarında reallaşdıraq. Ancaq bu dəfə də müəyyən səbəblər üzündən səfərimiz baş tutmayıb. Yaxın aylarda bu səfəri reallaşdıracağıq".

Millət vəkili onu da bildirib ki, səfər çərçivəsində iki dövlət arasında əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, nümayəndə heyətinə millət vəkilləri Aydın Abbasov və Çingiz Əsədullayev daxildirlər.

Xəbər lenti

Xəbər lenti