...

Milli QHT Forumu 4 qanun layihəsini yenidən işləyərək parlamentə təqdim edəcək

Siyasət Materials 2 İyun 2006 18:47 (UTC +04:00)

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz və ATƏT-in Bakı ofisi ilə birgə qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş aparır. Bu barədə Trend ə MQF-dən məlumat verilib.

Bu çərçivədə 4 qanun layihəsi yenidən işlənərək Milli Məclisin müzakirəsinə təqdim olunacaq. Bunlar "İctimai Birliklər haqqında", "Fondar haqqında", "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihələri və QHT-lərin qarşılaşdıqları bir sıra problemlərin həlli üçün gərək olan digər qanunlardır. Bu məqsədlə iyunun 2-də MQF-də İşçi Qrupunun ikinci iclası keçirilib.

Qeyd edək ki, MQF-də hər qanun layihəsi üzrə işləyən 4 İşçi Qrupu yaradılıb. Hazırda qruplar adları çəkilən qanun layihələri üzərində işləyirlər. İyun ayının 28-də "Crescent Beach" otelində işçi qruplarının birgə iştirakı ilə qanun layihələrinin müzakirəsinə həsr olunmuş seminar keçiriləcək.

Xəbər lenti

Xəbər lenti