...

Dağlıq Qarabağ Azərbaycanlıları Məclisi ermənilərin tarixi abidələrimizi dağıtması ilə bağlı bəyanat yayıb

Siyasət Materials 13 İyun 2006 18:41 (UTC +04:00)

"Ermənistanın hərbi birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərində azərbaycanlılara məxsus tarixi və mədəniyyət abidələrini dağıtması, yaşayış məntəqələrini yandıraraq məhv etməsi vandalizm və insanlığa qarşı cinayətdir". Trend in məlumatına görə, bu fikirlər Dağlıq Qarabağ Azərbaycanlıları Məclisinin iyunun 13-də yaydığı bəyanatındandır.

Bəyanatda bildirilir ki, bu vandalizm aktları Ermənistanın siyasi hakimiyyətinin beynəlxalq qanunları tanımadığını nümayiş etdirir. Azərbaycanlılara məxsus hər şeyi məhv etməklə erməni siyasətçiləri millətlərarası münasibətləri pisləşdirməyə, milli dözümsüzlük şəraiti yaradaraq azərbaycanlı və ermənilərin bir yerdə yaşamasının qeyri-mümkünlüyünü sübut etməyə çalışırlar. Bəyanatda qeyd olunur ki, Ermənistan rəsmiləri işğal etdikləri torpaqlardan geri çəkiləcəklərini bildikləri üçün Azərbaycanın yaşayış məntəqələrini, meşə və qoruqları yandırırlar və bununla da bəşəri dəyərlərin düşməni olduqlarını sübut edirlər. Dağlıq Qarabağ Azərbaycanlıları Məclisinin üzvləri beynəlxalq institutlardan və vasitəçi dövlətlərdən Ermənistan rəhbərliyinin cinayət əməllərinin dərhal dayandırmasına nail olmağı tələb edir. Məclis üzvləri həmçinin Ermənistanın Azərbaycanın tarixi, mədəniyyət abidələrinin məhvinə yönəlmiş hərəkətlərini davam etdirəcəyi təqdirdə Azərbaycan rəsmilərinin sülh danışıqlarını dayandırmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti