...

BMT-nin Narkotiklərin Sui-İstifadəsi və Beynəlxalq Ticarəti Əleyhinə Günü qeyd olunacaq

Siyasət Materials 21 İyun 2006 13:14 (UTC +04:00)

İyunun 26-da Azərbaycanda BMT-nin Narkotiklərin Sui-İstifadəsi və Beynəlxalq Ticarəti Əleyhinə Günü qeyd olunacaq. Bu barədə Trend ə Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramın (SKAD) Bakı ofisindən məlumat verilib.

Bu məqsədlə iyunun 21-dən 24-dək Sumqayıtda, 22-də Salyanda, 23-də Bakıda, 25-də Bərdədə müxtəlif ictimai və tərbiyəvi tədbirlərin keçirilməsi planlaşdırılıb.

İyunun 26-da isə Gənclər və İdman Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti Milli Parkda konsert proqramının keçirilməsini planlaşdırıb.

Tədbirlərdə "Axırıncı doza" sənədli filminin təqdimatı olacaq, xüsusi bukletlər paylanacaq, narkomaniyanın tibbi və sosial fəsadlarından danışılacaq və geniş maarifləndirmə işi aparılacaq.

Xəbər lenti

Xəbər lenti