...

Azərbaycanın xarici işlər naziri İKT XİN başçılarının 33-cü sessiyasına yekun vurub

Siyasət Materials 21 İyun 2006 17:21 (UTC +04:00)

İslam Konfransı Təşkilatının 33-cü sessiyasının yekunları üzrə bir neçə sənəd qəbul olunub. Bunlar arasında Bakı bəyannaməsi və iclasın yekun kommünikesi də var. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov yekun mətbuat konfransında məlumat verib. Bundan başqa növbəti 10 il üçün fəaliyyət planı da qəbul olunub. Bu barədə Trend xəbər verir.

Nazirin sözlərinə görə, ötən iclasda tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vahid fikir bildirib. İKT ölkələri işğal olunmuş torpaqların azad olunması, milli ehtiyatların məhvi, beynəlxalq hüququn pozulması, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş torpaqlarında ekologiyaya ziyan vurulması və təbii ehtiyatların məhvi ilə bağlı öz fikirini bildirib.

Bundan başqa Azərbaycana maliyyə yardımının göstərilməsi haqqında qətnamə qəbul olunub. Bu proses İKT ölkələri tərəfindən könüllü surətdə həyata keçiriləcək. Bu vəsaitlər Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış problemlərin həllinə, xüsusilə qaçqın və məcburi köçkünlərə yardım edilməsinə yönəldiləcək.

İKT baş katibi Ekmeleddin İhsanoğlunun sözlərinə görə, təşkilatın Bakıda keçirilmiş iclası tarixi əhəmiyyət kəsb edir. Bu, iclasda qəbul olunmuş qərarlarla, müzakirə edilmiş məsələlərlə, SSRİ-nin bir sıra ölkəsinin, o cümlədən müşahidəçi qismində Rusiyanın ilk dəfə iştirakı ilə izah olunur. İclasda İranda nüvə silahının yayılmaması, Filippin, İraq, Fələstin və Somalidə müsəlmanlarla bağlı məsələlər müzakirəyə çıxarılıb. 2007-ci ildə "Kütləvi İnformasiya Vasitələri və tolerantlıq" adlı konfransın keçirilməsinə dair qərar qəbul olunub. Konfransda İKT ölkələrinin KİV və dünyanın digər media qurumlarının nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti