...

Bakıda Azərbaycan –Gürcüstan məsləhətləşmələri keçirilir

Siyasət Materials 22 İyun 2006 16:29 (UTC +04:00)

İyunun 22-də Bakıda Azərbaycan-Gürcüstan xarici işlər nazirləri arasında məsləhətləşmələr başlayıb. Trend in Gürcüstanın Azərbaycandakı səfirliyinə istinadən verdiyi xəbərə görə, məsləhətləşmələr Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini Valeri Çeçelaşvilinin başçılığı altında keçirilir.

Danışıqlarda ikitərəfli münasibətlərə aid kompleks məsələlər müzakirə olunur. Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya iclasının keçirilmə müddətinin müəyyən olunması ehtimal olunur.

Səfirlikdə qeyd ediblər ki, Gürcüstanın nazir müavininin səfər proqramına Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov ilə görüş də daxildir.

Xəbər lenti

Xəbər lenti