...

Demokratik İslahatlar Partiyasının Siyasi Şurasının toplantısı keçirilib

Siyasət Materials 30 İyun 2006 18:39 (UTC +04:00)

İyunun 30-da Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurasının növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda ölkədəki mövcud ictimai-siyasi durum, Qarabağ problemi ətrafında yaranmış vəziyyət müzakirə olunub. Bu toplantıya həmçinin Gənclər Təşkilatının rəhbərləri də qatılıb. Siyasi Şura Gənclər Təşkilatının rəhbərləri ilə partiyanın gənclər siyasəti barədə fikir mübadiləsi aparıb.

Həmçinin DİP sədri Asim Mollazadə Binəqədi rayonunun Biləcəri qəsəbəsində yeni fəaliyyətə başlayan məscidin açılış mərasimində iştirak edib.

Xəbər lenti

Xəbər lenti