...

Məşvərət Məclisi təkrar bələdiyyə seçkilərinə hazırlaşır

Siyasət Materials 4 İyul 2006 12:55 (UTC +04:00)

İqtidaryönlü partiyaların Məşvərət Məclisi oktyabrın 6-da təkrar bələdiyyə seçkilərində iştirak etməklə bağlı qərar qəbul edib. Bu barədə Trend ə Məşvərət Məclisinin sədri, Demokratik Azərbaycan Dünyası Partiyasının lideri Məmməd Əlizadə bildirib.

M.Əlizadə qeyd edib ki, Məşvərət Məclisinə daxil olan partiya sədrləri ilə bu prosesdə iştirak etmək barədə məsləhətləşmələr aparılıb: "Qərara almışıq ki, təkrar bələdiyyə seçkilərinin keçirildiyi bütün seçki məntəqələrində təmsil olunaq. Bu istiqamətdə artıq işlərimiz yekunlaşmaq üzrədir. Yaxın günlərdə partiyalar arasında şanslı namizədlər müəyyənləşdiriləcək".

Məşvərət Məclisinin sədri onu da bildirib ki, təmsil olunmayacaqları seçki məntəqələrində hakim Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklər.

Xəbər lenti

Xəbər lenti