...

İnqilab Əhmədov: BTC layihəsi bütün iştirakçılarına gəlir gətirəcək

Siyasət Materials 13 İyul 2006 14:35 (UTC +04:00)
İnqilab Əhmədov: BTC layihəsi bütün iştirakçılarına gəlir gətirəcək

Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsinin iqtisadi məqsədəuyğunsuzluğu barədə müzakirələr tarixdə qalıb. Trend agentliyinin məlumatına əsasən, bu fikri İctimai Maliyyə Monitorinq Mərkəzinin rəhbəri İnqilab Əhmədov bildirib.

Onun sözlərinə görə, vaxtilə layihənin qeyri-gəlirliyi və səmərəsizliyi barədə danışan Rusiya, Türkmənistan və İran kimi ölkələr indi qlobal layihədə iştirak etməkdə maraqlıdır.

"Layihənin gerçəkləşdirilməsi ilk növbədə BTC iştirakçılarının dünyadakı reytinqini artıracaq. Bu həm də həmin ölkələr üçün uzunmüddətli və böyük gəlirlər deməkdir" - deyə o qeyd edib.

Ölkələrin əməkdaşlığı gələcəkdə təkcə neft-qaztranziti üçün deyil, həm də nəqliyyat və telekommunikasiya dəhlizinin yaradılması deməkdir.

İ.Əhmədovanın sözlərinə görə, Rusiyanın yeni energetika siyasəti və dünya bazarlarında neftin qiymətinin artımı kimi amillər layihənin uğurlu gerçəkləşdirilməsinə köməklik edir ki, bu da layihənin daha bir üstün cəhətidir.

"Layihənin bütün aspektlərini nəzərə alaraq demək olar ki, BTC layihəsi bütün region üçün iqtisadi baxımdan məqsədəuyğun və səmərəlidir" - deyə İ.Əhmədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti