...

Ekologiya Nazirliyi meşə yanğınlarının qarşısını almaq üçün tədbirlər görür

Siyasət Materials 17 İyul 2006 20:29 (UTC +04:00)
Ekologiya Nazirliyi meşə yanğınlarının qarşısını almaq üçün tədbirlər görür

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan regionlarında meşə yanğınlarının qarşısının alınması istiqamətində tədbirlər görür. Trend nazirliyə istinadən xəbər verir ki, bu məqsədlə meşələrin mühafizə və bərpası üzrə mərkəzi və yerli qurumlar növbəli iş rejiminə keçib, fermer və torpaq sahibkarları arasında maarifləndirici işlər aparılıb. Lakin bütün bu səylərə baxmayaraq, son günlər İsmayıllı, Şəki, Ağsu, qax Xaçmaz, Dəvəçi və dijər rayonlarda qəsdən yanğınlar törədilib.

Bunun nəticəsində torpağın qatının keyfiyyət göstəricilərinin çox ciddi şəkildə pisləşməsilə yanaşı, həm də bir sıra hallarda, yaşıllıqlara böyük ziyan vurulub və atmosferə böyük həcmdə ziyanlı maddə buraxılıb. Aidiyyatı strukturların dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, iyulun 15-də dövlət meşə fondu ilə həmsərhəd olan İsmayıllı rayonunun Quşencə bələdiyyəsi ərazisindəki taxıl əkini sahəsində yanğıntörədilib və nəticədə 40 hektara qədər ərazinin ot örtüyü tamamilə məhv olub. Ekologiya Nazirliyinin və İsmayıllı meşə mühafizəsi və bərpası müəssisəsinin mühafizə xidməti nümayəndələrinin səyləri nəticəsində yanğının daha geniş ərazilərə yayılmasının qarşısı alınıb və bir neçə saat ərzində yanğın söndürülüb. Nəticədə aşağı intensivlikli yanğın meşə fondunun 0,9 hektar ərazisini əhatə edib.

Bununla əlaqədər Ekologiya Nazirliyi bir daha əhalinin diqqətinə çatırır ki, taxıl biçinindən sonra kövşənlərin yandırılması ciddi ekoloji fəlakətə səbəb olmaqla yanaşı Azərbaycan meşələrinə böyük ziyan vura bilər.

Xəbər lenti

Xəbər lenti