...

Nazih Qassub :"Livandan 7 Azərbaycan vətəndaşı evakuasiya edilib"

Siyasət Materials 18 İyul 2006 12:41 (UTC +04:00)
Nazih Qassub :"Livandan 7 Azərbaycan vətəndaşı evakuasiya edilib"

İsrail tərəfindən bombardmana məruz qalan Livandan artıq 7 Azərbaycan vətəndaşı evakuasiya edilib. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın Livandakı fəxri konsulu Nazih Qassub (Nazih Gassub) məlumat verib.

Onun sözlərinə görə, konsulluq təxminən 30 nəfər Azərbaycan vətəndaşı ilə əlaqə yarada bilib. Livanda olan azərbaycanlıların dəqiq sayı isə hələlik məlum deyil. Evakuasiya edilmiş 7 nəfərdən 6-sı Dubaya, biri - Suriyaya (Dəməşq) göndərilib.

Konsulluğa pasportu olmayan daha bir azərbaycanlı qadın da müraciət edib. Çox ehtimal ki, o da Suriyaya göndəriləcək.

N.Qassub vurğulayıb ki, Livanda olan azərbaycanlıların sayının dəqiqləşdirilməsi və onlarla əlaqənin saxlanması prosesi davam edir. Diplomat əlavə edib ki, bombardmanın davam etməsi və kommunikasiya, o cümlədən telefon xətlərininin qırılması ilə əlaqədar bu proses çətinləşir.

Konsul bildirib ki, missiya 24 saat ərzində işləyir və Livanda yaşayan azərbaycanlıların istənilən müraciətinə cavab verməyə, onların evakuasiya olunmasına kömək etməyə hazırdır.

Qeyd edək ki, hazırda Livandan yerüstü və dəniz nəqliyyatı ilə artıq təxminən 350 nəfər İtaliya, 850 nəfər İsveç, 250 nəfər Norveç, 700 nəfər Danimarka, 200 nəfər Almaniya, o cümlədən Rusiya, Ermənistan, Qazaxıstan və bir sıra digər ölkələrin vətəndaşları evakuasiya edilib.

Xəbər lenti

Xəbər lenti