...

Kiçik və orta biznesin inkişafı üzrə Ukrayna-Azərbaycan işçi qrupunun üçüncü iclası 2007-ci ilin birinci yarısına planlaşdırılıb

Siyasət Materials 21 İyul 2006 17:28 (UTC +04:00)

Kiçik və orta biznesin inkişafı üzrə Ukrayna-Azərbaycan işçi qrupunun üçüncü iclası 2007-ci ilin birinci yarısına planlaşdırılıb. Bu barədə Trend in Kiyevdəki xüsusi müxbirinə Ukrayna tənzimləyici siyasət və sahibkarlıq məsələləri üzrə Dövlət komitəsindən (Sahibkarlıq üzrə Dövlət komitəsi) xəbər veriblər.

Mətbuat xidmətinin məlumatına görə, belə iclasların Ukraynanın Sahibkarlıq üzrə Dövlət komitəsi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandumu çərçivəsində keçirilməsi nəzərdə tutulub.

Ötən iki iclas 2004-cı ilin oktyabr ayında və 2005-ci il iyulun 4-5də baş tutub.

Məlumatda qeyd olunub ki, sonuncu iclasın işində hər iki ölkənin rəsmi nümayəndələri və sahibkarları iştirak ediblər. Görüş iştirakçıları ölkələr arasındakı əməkdaşlığın perspektivlərini və fəallaşma yollarını müzakirə ediblər. Kiçik sahibkarlıq subyektləri arasında işgüzar əlaqələrin qurulması və inkişafı, 2000-2009-cu illər üçün Azərbaycan Respublikası və Ukrayna arasındakı uzunmüdətli iqtisadi əməkdaşlığın Dövlətlərarası proqramı və əməkdaşlıq haqqında Memorandum çərçivəsində müştərək kiçik və orta müəssisələrin yaradılması məsələlərinə xüsusi diqqət verilib.

O cümlədən, Sahibkarlıq üzrə Dövlət komitəsinin qiymətləndirmələrinə görə, hazırda Ukrayna sahibkarlarının Azərbaycana "lüks" dərəcəli etil və buğda spirtinin tədarükü, həmçinin Azərbaycan tərəfinin Ukrayna spirt zavodlarına mazut təchiz etməsi sahəsində hər iki ölkə sahibkarlarının əməkdaşlığı perspektiv görünür. Maraqlı olan Ukrayna və Azərbaycan müəssisələrinin mövqelərinin dəqiqləşdirilməsi üzərində iş davam edir.

Xəbər verildiyi kimi, Ukrayna tənzimləyici siyasət və sahibkarlıq məsələləri üzrə Dövlət komitəsi və Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum 29 avqust 2002-ci ildə Bakıda Ümumi hökümətlərarası Ukrayna-Azərbaycan komissiyasının iclası zamanı imzalanıb.

Ukraynanın ticarət tərəfdaşları arasında Azərbaycan Respublikası MDB ölkələri arasında 6-cı yeri tutur.

2005-ci ildə əmtəə və xidmətlərin daxili ticarət tədavülü 334,78 mln. ABŞ dolları təşkil edib və 2004-cü illə müqayisədə 90,25 mln. ABŞ dolları və ya 36,9% artıb. O cümlədən əmtəə tədavülü 318,53 mln. ABŞ dolları təşkil edib və 83,99 mln. ABŞ dolları və ya 35,8% artıb.

Xəbər lenti

Xəbər lenti