...

Azərbaycanın nümayəndə heyəti Gürcüstanda 11 ölkənin parlamentariləri ilə görüşlər keçirəcək

Siyasət Materials 24 İyul 2006 12:16 (UTC +04:00)

Azərbaycanın nümayəndə heyəti Batumidə keçiriləcək "Biz demokratiyaya və azadlığa inanırıq" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Gürcüstana gələn 11 ölkənin parlamentariləri ilə iyulun 24-də görüşlər keçirəcək. Bu barədə Trend ə Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fuad Muradov bildirib.

Qeyd edək ki, adıçəkilən konfrans iyulun 24-dən 28-dək keçiriləcək. Konfransda Azərbaycanı Milli Məclisin deputatları Qənirə Paşayeva, Rauf Əliyev, Fuad Muradov və Eyvaz Qurbanov təmsil edir.

Tədbirdə Gürcüstanın xarici siyasətinin prioritetləri, bu ölkənin daxili təhlükəsizlik siyasəti, iqtisadi ticarəti, Trans-Avropa enerji və nəqliyyat şəbəkəsinin inkişafında Gürcüstanın rolu və digər mövzularda fikir mübadiləsi aparılacaq. Deputatlarımız müzakirələrdə iştirak edəcək, gündəlikdəki məsələlərə münasibətlərini bildirəcəklər.

F.Muradov bildirib ki, konfrans iyulun 25-də öz işinə başlayacaq: "Ancaq bizim iyulun 24-də konfransda iştirak edəcək bir sıra dövlətlərin nümayəndələri ilə görüşlərimiz planlaşdırılıb. Bu sıraya Belçika, Macarıstan, Estoniya və digərləri daxildir". Millət vəkili onu da qeyd edib ki, Ermənistanın nümayəndə heyəti bu konfransa dəvət alsa da, naməlum səbəblərdən iştirakdan imtina edib.

Xəbər lenti

Xəbər lenti