...

Oklahoma ştatının Milli Qvardiyasının komandanı Azərbaycanın müdafiə naziri ilə görüşüb

Siyasət Materials 27 İyul 2006 18:13 (UTC +04:00)

İyulun 27-də Bakıda səfərdə olan ABŞ Oklahoma ştatının Milli Qvardiyasının Komandanı general-mayor Harri Fyattinin başçılıq etdiyi nümayəndə heyətini Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev qəbul edib. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı S.Əbiyev qonaqların nəzərinə çatdırıb ki, artıq Azərbaycan-ABŞ hərbi əməkdaşlığının öz tarixi mövcuddur və bu əməkdaşlıq strateji xarakter daşıyır. "Azadlıq Aktı"na 907-ci düzəliş dayandırıldıqdan sonra isə bu əməkdaşlıq daha da genişlənib.

Müdafiə naziri Cənubi Qafqazda mövcud olan hərbi-siyasi vəziyyət haqqında danışaraq qeyd edib ki, regionda vəziyyət gərgindir. Ermənistan-Azərbaycan münaqişəsi hələ də öz həllini tapmayıb, məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun fəaliyyəti qənaətbəxş deyil.

"Biz münaqişənin beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyirik və Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən tezliklə çıxarılmasını tələb edirik. Münaqişənin həllində Ermənistan tərəfi destruktiv mövqe tutur" - deyə S.Əbiyev qeyd edib.

Herri Vyatt isə öz növbəsində bildirib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü SSRİ-dən qalmış sərhədlər çərçivəsində dəstəkləyir və münaqişənin diplomatik yolla həllini arzulayır. "ABŞ Azərbaycanın bu istiqamətdə apardığı səyləyə yüksək qiymət verir və biz sizə bu yolda yardım etməyə hazırıq" - deyə N.Fyatt söyləyib.

Xəbər lenti

Xəbər lenti