...

Əli Əliyev: "Vətəndaş və İnkişaf Partiyasının rəhbər orqanlarında yeni təyinatlar olacaq"

Siyasət Materials 29 İyul 2006 12:38 (UTC +04:00)

Vətəndaş və İnkişaf Partiyasının rəhbər orqanlarında yeni təyinatlar olacaq. Bu barədə Trend ə partiyanın sədri Əli Əliyev məlumat verib. O bildirib ki, yay mövsümünün sonunda Vətəndaş və İnkiaşf Partiyasının strukturunun tam formalaşdırılması üçün bir sıra dəyişikliklər edəcək və yeni təyinatlar verəcək.

Belə ki, Əli Əliyev özünün beynəlxalq əlaqələr üzrə yeni müavinini təyin edəcək. Siyasi Şurada vakant saxlanılmış bir yerə yeni üzv seçiləcək. Həmçinin sədrin siyasi məsələlər üzrə müavini ilə mətbuatla əlaqələr üzrə müavini arasında səlahiyyət bölgüsü aparılacaq. Mətbuat və informasiya məsələləri üzrə müavin, yaxud partiyanın mətbuat katibi təyin edilməsi arasında seçim olacaq. Əli Əliyev onu da deyib ki, partiyanın daxili idarəçilik sənədi hazırlanır. Layihəyə partiyanın Mərkəzi Aparatının strukturu, fəaliyyət istiqamətləri, vəzifələri daxildir.

Əli Əliyev onu da əlavə edib ki, Vətəndaş və İnkişaf Partiyasının dövlət qeydiyyatına alınmsası ilə bağlı ikinci dəfə Ədliyyə Nazirliyinə müraciət edib, lakin müraciətlərinə hələ heç bir cavab almayıb.

Xəbər lenti

Xəbər lenti