...

Nazir müavini: Vergilər Nazirliyi 2007-ci ildə konkret vergi dərəcələrinin tətbiqini nəzərdən keçirir

Siyasət Materials 10 Avqust 2006 20:19 (UTC +04:00)

Vergilər Nazirliyi Vergi Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi layihəsini başa çatdırır. Trend agentliyinin məlumatına əsasən, bunu vergilər nazirinin müavini Natiq Əmirov bildirib. Onun sözlərinə əsasən, vergi qanunvericiliyinə ediləcək düzəlişlərin təxminən 90%-i artıq razılaşdırılıb.

Hazırda Vergilər Nazirliyi 4-5 layihə hazırlayıb, lakin nazir müavini onların sayının artmasını istisna etmir. Bununla belə, bu layihələrin heç birində vergi yükünün artırılması nəzərdə tutulmayıb. "Lakin biz müəyyən sahələrdə, xüsusilə sərnişin daşımada konkret vergilərin tədbiqini nəzərdən keçiririk" - deyə o bildirib.

Vergi Məcəlləsində əsasən əhali ilə nağd hesablaşmaların pozulması üzrə cərimələrin artırılmasına aid dəyişikliklər ediləcək. Bu günə kimi ticarət obyektlərinin 90%-i nəzarət-kassa aparatları ilə təchiz olunub.

Onun sözlərinə görə, nazirlik kassa aparatı quraşdırmayan obyektlərə daha ciddi yanaşacaq.

2006-cı ildə mənfəət vergisi 24%-dən 22%-dək, maksimal dərəcəyə malik gəlir vergisi - 600 AZN-dan 1 min AZN-dak artırılıb.

Xəbər lenti

Xəbər lenti