...

Hərbi hissələrdə kitabxanalar yaradılması məqsədilə 10 minə yaxın kitab toplanıb

Siyasət Materials 22 Avqust 2006 16:38 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlının hərbi hissələrdə kitabxanaların yaradılması məqsədilə başladığı kampaniya çərçivəsində 10 minə yaxın kitab toplanılıb. Bu barədə Trend ə VHP-dən məlumat verilib.

Kampaniya çərçivəsində birinci mərhələ üçün Müdafiə Nazirliyinə iki mindən artıq kitab artıq təqdim edilib. Birinci mərhələnin davamı olaraq "Qanun" Nəşriyyat Evi də VHP sədri S.Rüstəmxanlının təklifinə qoşularaq Müdafiə Nazirliyinin əməkdaşlarına 2610 nüsxə kitab, 766 nüsxə isə hüquq ədəbiyyatına aid jurnal təhvil veriblər.

Hərbi hissələrdə kitabxanalar yaratmaq məqsədi ilə kitab toplama kampaniyası davam edir. VHP qərargahına gənc yazarlarla bərabər, bir sıra tanınmış qələm sahibləri, ədəbi birliklər də qoşulurlar. "Vektor" Beynəlxalq Elm Mərkəzinin və "Vektor" Beynəlxalq Nəşrlər Evinin rəhbəri Elçin İsgəndərzadə gənc şair və yazıçıların əsərlərindən ibarət 550 nüsxə kitab hədiyyə edib.

Xəbər lenti

Xəbər lenti