İranın Uşaqların və Yeniyetmələrin İntellektual İnkişafı Mərkəzi altı kitabı Azərbaycan dilinə tərcümə edərək çapa verib. Bu barədə Trend ə İranın "Came-Cəm" qəzetindən məlumat verilib.
Bildirilib ki, həmin Mərkəzin nəşriyyat bölməsi İrandakı yazıçıları və tərcüməçiləri fars dilində olan kitabları Azərbaycan və kürd dillərinə çevirməyə dəvət edib. Hazırda mərkəz tərəfindən 6 növ kitab tərcümə edilərək işıq üzü görəcək. Bir neçə ədəbi əsər Azərbaycan dilinə tərcümə edilib və yaxın günlərdə çapdan çıxacaq.
Bundan əvvəl Mərkəz tərəfindən beş adda kitab Azərbaycan dilinə, 12 adda kitab isə kürd dilinə tərcümə edərək çap olunub.