...

Dmitri Qayev: Bakı metropoliteni MDB ölkələri arasında aparıcı nəqliyyat növlərindən biridir

Siyasət Materials 23 Avqust 2006 19:02 (UTC +04:00)
Dmitri Qayev: Bakı metropoliteni MDB ölkələri arasında aparıcı nəqliyyat növlərindən biridir

Bakı metropoliteni MDB ölkələri arasında aparıcı nəqliyyat növlərindən biridir. Bu barədə Moskva metropoliteninin rəisi Dmitri Qayev Trend in xüsusi müxbirinin Moskva və Azərbaycan metropolitenlərinin qarşılıqlı əlaqələrinin səviyyəsi ilə bağlı sualını cavablandırarkən bəyan edib.

Dmitri Qayev əlavə edib ki, Bakı metropoliteni MDB ölkələrinin metropolitenləri Assosiasiyasının tərkib hissəsi, Beynəlxalq Metro Assosiasiyasının, o cümlədən bilik və təcrübə mübadiləsinin aparıldığı Beynəlxalq İctimai Nəqliyyat İttifaqının fəal üzvüdür. "Biz Bakıda kifayət qədər tez-tez oluruq. Bizim təkcə birinci rəhbərlər səviyyəsində deyil, həm də bölmə və xidmətlərimizin texniki mütəxəssisləri səviyyəsində çox yaxşı əlaqələrimiz var. Bundan başqa, son 5 il ərzində bizim Assosiasiya məhz Bakı metropoliteninin bazasında iki dəfə öz iclasını keçirib", - deyə Qayev avqustun 30-da yeni Moskva-Siti rayonunda "Mejdunarodnaya" adlı sayca 172-ci stansiyasının açılışı münasibətilə İnterfaksda keçirilmiş mətbuat konfransında qeyd edib.

Trend in "Son vaxtlar cinayətlərin sayının (o cümlədən milli zəmində) artmasını nəzərə alaraq Moskva metropolitenində daxili işlər şöbəsinin işindən razısınızmı?" sualına cavabında Qayev bildirib ki, bütövlükdə o, xüsusilə metroda baş verən cinayətlərin açılması sahəsində şöbənin səmərəli işindən razıdır. Eyni zamanda o qeyd edib ki, belə böyük meqapolisdə birgə həllin tələb olunduğu problemlər də mövcuddur. Onun sözlərinə görə, xüsusi nazirlik və idarələrlə birgə metronun antiterror mühafizəsi sistemi işlənir. Hazırkı mərhələdə isə Moskva metropolitenində vahid informasiya və radioməkanın yaradılması artıq başa çatır.

D.Qayev bildirib ki, sentyabrın 12-də Moskva hökumətinin metropoliten üçün mühüm əhəmiyyət kəsb edən iclası keçiriləcək. Burada maliyyə vəsaitinin həcminin bu il üçün 12 mlrd dollardan da yuxarı həddədək artırılması məsələsinə baxılacaq. 2007-2009-cu illərdə isə bu rəqəm 25-30 milrd dollara çatdırıla bilər. Məhz bu müddətdə və 2015-ci ilədək bir neçə müasir metro stansiyasının, dairəvi və birləşdirici xətlərin, o cümlədən metronun hazırda normadan 30% çox olan sərnişin axını ilə əlaqədar yüklənməsini azaltmaq məqsədilə iri nəqliyyat terminallarının inşası üzrə iri layihələr planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti