...

Sabirabadda "Yerli özünü idarəetmə" mövzusunda zona müşavirəsi keçirilib

Siyasət Materials 1 Sentyabr 2006 13:28 (UTC +04:00)

Sabirabadda "Yerli özünü idarəetmədə bələdiyyələrin rolu" mövzusunda zona seminar-müşavirəsi keçirilib. Tədbirdə Sabirabad, Saatlı, İmişli, Salyan, Neftçala rayonlarının və Əli Bayramlı şəhərinin məhkəmə sədrləri, polis rəisləri, prokurorluq və icra hakimiyyətinin nümayəndələri, bələdiyyə sədrləri və dairə seçki komissiyalarının sədrləri iştirak edib.

Yığıncaqda ombudsman Elmira Süleymanova, Prezident Aparatının sektor müdiri Ramiq Həsənov, Ədliyyə Nazirliyini bələdiyələrlə iş şöbəsinin müdiri Mehti Səlimzadə və MSK üzvü Tofiq Həsənov iştirak və çıxış etmişlər. Seminar-müşavirədə xüsusilə bələdiyyələrin vergi və torpağ mülkiyyəti problemləri geniş müzakirə edilib.

Ombudsman E.Süleymanova öz çıxışında həm də təkrar bələdiyyə seçkilərinin demokratik keçirilməsi üçün qarşıda duran vəzifələri sadalayıb.

Anoloji tədbir cənub rayonları üçün bu gun Cəlilabadda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti