...

Gəncə Şəhər Yol Polisinin rəisi xidməti vəzifəsini yerinə yetirərkən fiziki zorakılığa məruz qalıb

Siyasət Materials 22 Sentyabr 2006 12:25 (UTC +04:00)

Dünən axşam saatlarında Gəncə Şəhər Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəisi İkram Xəlilov ağır kəllə-beyin travması ilə təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Şöbənin mudiri Könül Ələkbərovun Trend ə verdiyi məlumata görə, Xəlilovun vəziyyəti ağırdır. Hazırda o, süni nəfəs aparatı ilə saxlanılır.

K.Ələkbərovun verdiyi məlumata görə, İ.Xəlilov vəzifə səlahiyyətlərini yerinə yetirərkən xəsarət alıb. Xəlilov əks istiqamətdən hərəkət edərkən yol hərəkəti qaydalarını pozan avtomobili saxlamağa çalışıb. Lakin qayda pozuntusuna yol vermiş sürücü ona ağır fiziki zərbələr yetirib. Sürücünün kimliyi barədə məlumat verilməyib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırmalara başlanıb.

Xəbər lenti

Xəbər lenti