Oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkiləri lə bağlı dairə seçki komissiyalarında namizədlərin qeydə alınması müddəti başa çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından məlumat verilib.
Qeyd edək ki, MSK-da qeydə alınan, yəni, bütün ölkə ərazisində müşahihə aparmaq hüququna malik olan müşahidəçilərin sayı 179 nəfərdir. Dairə seçki komissiyalarında qeydiyyatdan keçən, yəni, yalnız bir dairə ərazsində müşahidə aparan şəxslərin sayı isə 8 mindən çoxdur.
MSK-nın mətbuat xidmətindən bildirilib ki, seçkiləri müşahidə etmək üçün kütləvi informasiya vasitələrindən heç bir jurnalist müraciət etməyib.
Seçki Məcəlləsinin tələblərinə görə, MSK-da müşahidəçilərin qeydə alınma müddəti səsvermə gününə 10 gün qalmış, dairə seçki komissiyalarında isə 5 gün qalmış başa çatır.