...

AŞPA sədri: Gürcüstan və Rusiyanın münaqişələri sülh yolu ilə həll etmək öhdəliyi var

Siyasət Materials 2 Oktyabr 2006 20:36 (UTC +04:00)

Gürcüstan və Rusiya arasında qarşılıqlı münasibətlərin kəskinləşməsi yalnız sülh, diplomatik yollarla həll oluna bilər. Trend in xəbər verdiyi ki, bu barədə oktyabrın 2-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene van der Linden bildirib.

Ənənəvi mətbuat konfransı AŞPA-nın payız sessiyasının işə başlamasına həsr olunub.

O, Avropa Şurasının bu iki üzv ölkəsi arasındakı münasibətlərində gərginlik yaşandığından təəssüf hissi keçirdiyini bildirib. Rene van der Linden bildirib ki, yaranmış böhranı və ondan çıxış yolunu müzakirə etmək üçün hər iki ölkənin liderlərini Strasburqa dəvət edib. Bu zaman, o xatırladıb ki, digər ölkələrlə yanaşı, Gürcüstan və Rusiyanın da Avropa Şurası qarşısında münaqişələri sülh yolu ilə həll etmək öhdəliyi var.

Rene van der Linden Rusiya-Gürcüstan münasibətlərinin sessiyada prioritet məsələlərdən biri olacağını bildirib. Sessiyada həmçinin Balkanlar, Kosovo və Livandakı vəziyyət, Avropa ölkələrinə qeyri-qanuni miqrasiya və s. məsələlər müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti