...

Spiker Azərbaycanda səfərdə olan Böyük Britaniya parlamentarilərini qəbul edib

Siyasət Materials 9 Oktyabr 2006 15:32 (UTC +04:00)

Milli Məclisin sədri Oqtay Əsədov oktyabrın 9-da Azərbaycanda səfərdə olan Böyük Britaniyadan olan bir qrup parlamentarini qəbul edib. Trend xəbər verir ki, spiker öncə qonaqlara Dağlıq Qarabağ problemi və bu problemin sülh yolu ilə həllinə Ermənistan tərəfindən mane olan amillərdən danışıb.

Azərbaycanda təkcə neft və qaz sektoruna deyil, digər sahələrə də sərmayələr yatırımaq üçün imkan olduğunu deyən spiker ölkənin daha da sürətlə inkişafına Ermənistanın apardığı işğalçı siyasətin mane olduğunu bildirib. Milli Məclisin sədri Ermənistanın işğalçılıq siyasəti nəticəsində ölkənin bir milyondan çox vətəndaşının qaçqın və məcburi köçkün həyatı yaşadığını qonaqların nəzərinə çatdırıb.

Böyük Britaniyalı parlamentari Cenks Brain Azərbaycanda gedən inkişafdan heyrətləndiyini bildirib. O, Azərbaycan vətəndaşlarının belə inkişafla fəxr etməli olduğunu vurğulayaraq deyib ki, qısa zaman kəsiyində ölkənin buna nail ola biləcəyinə çox az adam inana bilərdi.

Xəbər lenti

Xəbər lenti