...

Bakıda robotlar yarışması keçiriləcək

Siyasət Materials 12 Oktyabr 2006 17:16 (UTC +04:00)

Dekabrın 16-da Bakıda üçüncü milli robotlar yarışması olacaq. Bu barədə Trend ə Britich Council-in Bakı ofisindən məlumat verilib.

Yarış Robotlar missiyası (Robotics Mission Project) layihəsi çərçivəsində baş tutacaq. Artıq üçüncü il keçirilən layihənin məqsədi Azərbaycan və Britaniya orta məktəbləri arasında əməkdaşlığın davam etdirilməsidir. Bu il layihəyə Azərbaycan və Britaniyanın 11 məktəbindən 176 şagird və 2 müəllim cəlb olunub.

Çempionatın qalibi 27 yanvar 2007-ci ildə Birminqam Universitetində keçiriləcək FİRST Lego Liqasının finalında yarışmaq üçün Böyük Britaniyaya səfər edəcək. Səfər çərçivəsində Kallinqton Kolleci Kosmos mərkəzinin direktoru Mayk Qrokot azərbaycanlı şagird və müəllimlər üçün treninqlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti