Milli Məclisin deputatı Gülər Əhmədova Avropa Şurası Parlament Assambleyasının "Mülki hüquq və Ailə məcəllələrində qadın və kişi bərabərliyi prinsipinə hörmət" mövzusunda keçiriləcək seminarında iştirak etmək üçün oktyabrın 18-də Strasburqa yola düşəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Tədbirdə qadın və kişi bərabərliyi prinsipinin Ailə Məcəlləsində əksi, mövzu ilə bağlı cəmiyyətdə maarifləndirmə işinin aparılması və qender bərabərliyinin yayılmasında parlamentlərin rolu, digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Deputatımız səfər zamanı həmçinin təşkilatın "Qadınlara qarşı zorakılığa, o cümlədən ölkə daxili zorakılığa qarşı mübarizə" mövzusunda keçiriləcək görüşdə iştirak edəcək.
Səfər oktyabrın 22-də başa çatacaq.