...

Nazir: Dondurulmuş münaqişələrin BMT Baş Assambleyasının gündəliyinə daxil edilməsi mühüm məsələdir

Siyasət Materials 31 Oktyabr 2006 12:37 (UTC +04:00)

Dondurulmuş münaqişələrin müzakirəsi BMT Baş Assambleyasının gündəliyinə daxil edilməsi mühüm məsələdir. Trend in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.

Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişələr kimi müəyyən olunub və dekabrın 4-də BMT-nin Baş Assambleyasının iclasında müzakirə olunacaq. "Baş Assambleyanın qərarı 2007-ci ilin sentyabr ayında bəlli olacaq" - deyə E.Məmmədyarov qeyd edib.

Nazir onu da vurğulayıb ki, bu məsələ oktyabrın 31-də Azərbaycana səfər edəcək Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili ilə də müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti