...

Məzahir Pənahov: İlkin seçki komissiyaları öz rollarını peşəkar qurum kimi sübut etməlidir

Siyasət Materials 31 Oktyabr 2006 12:55 (UTC +04:00)

İlkin seçki komissiyaları öz rollarını peşəkar qurum kimi sübut etməlidir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bəyan edib.

O qeyd edib ki, dairə seçki komissiyalarında yoxlamalar bu qurmların fəaliyyətinin qiymətləndirilməsinə yönəldilib. İlk növbədə, monitorinq Bakıda və Sumqayıtda keçiriləcək. Daha sonra bu iş bölgələrdə həyata keçiriləcək.

M.Pənahov vurğulayıb ki, 2007-ci ilin yanvarından seçki siyahılarının dəqiqləşdirilməsi üzrə işə başlanılacaq. Bu komissiyalar 2008-ci ilin prezident sekilərinə qədər təkmilləşdirilməlidir.

Xəbər lenti

Xəbər lenti