...

MDB Xarici İşlər Nazirləri Şurasının iclası ilkin olaraq noyabrın 27-nə təyin olunub

Siyasət Materials 31 Oktyabr 2006 18:20 (UTC +04:00)

Müstəqil Dövlətlər Birliyinin Xarici İşlər Nazirləri Şurasının növbəti iclası təxmini olaraq noyabrın 27-də Minskdə keçiriləcək. Bu barədə Trend ə eksklüziv olaraq MDB İcraiyyə Komitəsinin nümayəndəsi F. Abdulxalıqov məlumat verib.

Onun sözlərinə görə, nazirlər şurasının iclası dövlət başçılarının noyabrın 28-nə nəzərdə tutulmuş sammiti ərəfəsində keçiriləcək.

Təxmini olaraq elə bu müddətdə MDB Hökumət Başçıları Şurasının iclasının da keçirilməsi planlaşdırılır. Hazırda iclasın tarixi razılaşdırılmaqdadır, - deyə İcraiyyə Komitəsinin nümayəndəsi bildirib.

Xəbər lenti

Xəbər lenti